Bakı. TurkicWorld:
İsrail açıq şəkildə müharibə cinayətləri törədir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
"İsrail Qəzza zolağını intensiv bombardmanları altında saxlayır. İsrail HƏMAS-a qarşı mübarizə apardığını bildirsə də, qadın və uşaqları hədəfə alaraq soyqırım siyasəti həyata keçirir. Mülki əhalinin müalicə aldığı 16 xəstəxana və 105 sağlamlıq mərkəzi birbaşa İsrail ordusunun hədəfində olub, 40 min ev tamamilə dağıdılıb. Bütün bunlar müharibə cinayəti kimi qiymətləndirilən hadisələrdir. BMT-nin baş katibi bunu “dəhşət” hissi ilə ifadə edir. Bütün bu bəyanatlara baxmayaraq, BMT heç bir şəkildə prosesin gedişində iştirak etmir", - deyə o vurğulayıb.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 10 mini keçib.