Son dəqiqə

Türkiyə Sənaye və Texnologiya nazirliyi Türkiyə Müdafiə Sənayesi İdərəsi Mehmet Fatih Kacır

KUZGUN raketləri Türkiyə Ordusunun inventarına daxil ediləcək

Bakı. TurkicWorld:

Türkiyənin TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (SAGE) təşəbbüsü ilə daxili bir layihə olaraq başladılan KUZGUN raketləri 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxl ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.

“İnkişaf etdirdiyimiz milli hava raketləri Gökdoğan və Bozdoğan, PUA, həmçinin, pilotsuz dəniz vasitəsi platformalarından atılacaq yeni nəsil raket ailəsi KUZGUN 2024-cü ildə Türk Silahlı Qüvvələrimizin inventarına daxil ediləcək", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, KUZGUN Sursat Layihəsi Türkiyənin TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (SAGE) təşəbbüsü ilə daxili bir layihə olaraq başladılıb. Çox atış və sürü hərəkəti qabiliyyətinə malik KUZGUN sursatının hədəf profilində; Səyyar suüstü gəmi və katerlər, hərbi şəhərciklər, səyyar hərbi hissələr, sığınacaqlar, stasionar və mobil hava hücumundan müdafiə batareyaları, yüngül zirehli maşınlar və konvoylar var.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər