Son dəqiqə

Türkiyə Havelsan Barkan Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyənin BARKAN pilotsuz quru vasitəsinə yeni sistemlər inteqrasiya edilib

Bakı. TurkicWorld:

Türkiyənin təhlükəsizlik qüvvələrinin inventarına əlavə edilən pilotsuz quru vasitəsi BARKAN-a yeni sistemlər inteqrasiya edilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Bu çərçivədə Repkon Müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən 40 millimetrlik Avtomatik Qumbaraatan (RDS40-AGL) və Unirobotics tərəfindən hazırlanmış TRAKON Lite Uzaqdan İdarə Edilən Silah Sistemi BARKAN-a əlavə edilib.

Qeyd edək ki, BARKAN, "orta sinif səviyyə 1 pilotsuz quru vasitəsi" HAVELSAN tərəfindən həyata keçirilən "rəqəmsal birlik" konsepsiyasının əsas elementlərindən biri olaraq hazırlanıb. Sahə sınaqlarından sonra 2023-cü ilin sonunda inventarlaşdırılan BARKAN, xüsusiyyətləri ilə təhlükəsizlik qüvvələrinə qarşı asimmetrik təhdidləri aradan qaldırmaqla yanaşı, çətin relyef və sərt hava şəraitinin öhdəsindən gələ bilir. Yüksək riskli hərbi tapşırıqlarda döyüş effektivliyini artıran BARKAN çeviklik tələb edən bir çox situasiyalarda qabaqcıl təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, BARKAN saatda 13 kilometrdən çox sürətə çata bilir və beş saatdan çox işləyir.

TRAKON LITE inteqrasiyası ilə BARKAN 7.62, 5.56 millimetr pulemyot və 12.7 millimetr ağır pulemyot daşıma qabiliyyəti qazanacaq.

40 millimetrlik Avtomatik qumbaraatan 40x53 millimetrlik döyüş sursatı atmağa qadirdir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər