Bakı. TurkicWorld:
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti elektromaqnit siqnalları ilə elektron sxemləri olan hər cür mülki və hərbi nəqliyyat vasitəsini uzaqdan dayandırmaq üçün EJDERHA-nı hazırlayıb.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
“EJDERHA , taktiki sahədə və obyektin giriş-çıxış sahələrində təhdid olaraq təsnif edilə bilən elektron sxemləri ehtiva edən hər cür mülki-hərbi avtomobilləri və hava hədəflərini elektromaqnit siqnalları ilə uzaqdan dayandıra bilir. Bu, əldə hazırlanan partlayıcı maddələrin, dronların və ya terror təşkilatları tərəfindən tez-tez istifadə edilən elektron sistemlərin istifadəsinə zərbə vuracaq”, - deyə məlumatda qeyd edilib.