İsrail-Fələstin münaqişəsində dezinformasiya Qərb və İsrail dövlət rəsmilərinin özləri tərəfindən yayılır - Fahrettin Altun

İsrail-Fələstin münaqişəsində dezinformasiya Qərb və İsrail dövlət rəsmilərinin özləri tərəfindən yayılır - Fahrettin Altun

Bakı. TurkicWorld:

İsrail-Fələstin münaqişəsində dezinformasiya Qərb və İsrail dövlət rəsmilərinin özləri tərəfindən yayılır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Türkiyə olaraq istər diplomatik təşəbbüslərimiz, istər humanitar yardım səylərimiz, istərsə də kommunikasiya sahəsindəki performansımızla bu İsrail-Fələstin münaqişəsində əlimizdən gələni etdik və etməyə də davam edirik. Qərb ölkələrinin böyük media şirkətləri bu qətliamı dünya ictimaiyyətinin diqqətindən yayındırmaq üçün inanılmaz və həyasızcasına cəhdə başladılar. Tarix bu riyakarlığı və pisliyi heç vaxt bağışlamayacaq. İndi, İsrailin bu son təqibində gördüyümüz kimi, dezinformasiya anonim sosial media hesabları vasitəsilə deyil, Qərb və İsrail dövlət rəsmilərinin özləri tərəfindən yayılır", - deyə Altun bildirib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 488-ə çatıb, 32 min nəfər yaralanıb.

Aytac Süleymanova