Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türksat 6A İMECE Türkiyə Müdafiə Sənayesi İdərəsi Mehmet Fatih Kacır Qəzza

Türkiyə müdafiə sənayesi yüksəliş dövrünü yaşayır - Kacır

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi müharibə paradiqmasını alt-üst edən mövqeyə çatıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil edilən "Vizyoner23" Sammitində çıxışı zamanı deyib.

"Müxtəlif maneələrə məruz qalan Türkiyə müdafiə sənayesi hazırda yüksəliş dövrünü yaşayır. Pilotsuz Uçuş Aparatları və dronları ilə dünyada bir nömrə olan Türkiyənin nailiyyətlərinə bütün dünya şahid olur", - deyə o vurğulayıb.

Nazir Kacır onu da bildirib ki, Türkiyə yerli imkanlarla rabitə peykləri istehsal edə bilən 10 ölkədən biri olacaq.

"Yüksək keyfiyyətli müşahidə peyki İMECE-ni kosmosa göndərən Türkiyədən bəhs edirik. TÜRKSAT 6A peykini yerli və milli səviyyədə inkişaf etdiririk və istehsal edirik. Gələn il peyki kosmosa göndərəcəyik. İnanırıq ki, texnologiyanın bütün sahələrində dəyişiklik və transformasiyaya diqqət yetirmək ölkəmizə yeni sahələrdə böyük texnoloji brendlər yaratmağa imkan verəcək", - deyə Kacır əlavə edib.

O, həmçinin, Türkiyənin Fələstinin yanında olduğunu vurğulayıb.

"Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Fələstin xalqının yanındadır. Biz çalışırıq ki, İsrailin Fələstindəki zülmünə ən qısa zamanda son qoyulsun. Gizli və açıq embarqolara baxmayaraq, Türkiyə indi tam müstəqillik yolunda kritik hədləri keçib. Yer üzünü ədalət və mərhəmətlə yenidən birləşdirənə qədər bu yoldan, bu mübarizədən dönməyəcəyik" deyə o bildirib.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər