Bakı. TurkicWorld:
Qəzzalıların yaşamaq hüququnu əsas götürmədən “İsrailin özünü müdafiə etmək hüququ var” deyənlər insanlığa qarşı cinayət törədənlər arasındadır.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik öz rəsmi X sosial media hesabında bildirib.
"Netanyahu hökuməti bir qətl maşınıdır. Netanyahu qətliam siyasəti yürütdüyü halda, Qərb ölkələri heç vaxt insan haqları və qanunlardan yüksək səslə danışmadılar. Əksinə, İsrail qırmızı xətlərlə bağlı deyil deyirlər. Müharibə təkcə Qəzzada deyil, bəşəriyyətin ürəyindədir. Barbarlığa qarşı bəşəriyyətin səsi yenə Türkiyədir. Prezidentimizin atəşkəs çağırışı və sülh üçün irəli sürdüyü hərəkət planı Qəzzanın günahsızlarını qorumaq üçün yeganə yoldur. Möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın açıqladığı fəaliyyət planı bəşəriyyətin vəhşiliyə qarşı mübarizəsi, günahsız insanların müdafiəsi üçün ən mühüm və həyati əhəmiyyət kəsb edir",- deyə Ömər Çelik bildirib.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 488-ə çatıb, 32 min nəfər yaralanıb.
Aytac Süleymanova