Bursa Uludağ Universiteti və Balıkəsir Universiteti tibb təhsili və sağlamlıq sahəsində əməkdaşlıq edəcək

Bursa Uludağ Universiteti və Balıkəsir Universiteti tibb təhsili və sağlamlıq sahəsində əməkdaşlıq edəcək

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti və Bursa Uludağ Universiteti tibb təhsili və sağlamlıq sahəsində əməkdaşlıq edəcək.

Bursa Uludağ Universiteti (BUÜ) ilə Balıkəsir Universiteti (BAÜN) arasında əməkdaşlıq protokolu imzalanıb. İmzalanan protokolla iki universitet daxilindəki Tibb fakültələri birgə layihələr hazırlayacaq və birlikdə akademik işlər aparacaq.

BUÜ rektorluğunda keçirilən protokol imzalanma mərasimində; BUÜ-nün rektoru Prof. Dr. Ferudun Yılmaz, BAUN rektoru Prof. Dr. Yücel Oğurlu, BUÜ rektor müavinləri Prof. Dr. Cafer Çiftçi, Prof. Dr. İrfan Kırıştıoğlu, Prof. Dr. Zekeriyya Arı, BÜU Tibb Fakültəsi Dekanı Prof. Dr. Funda Coşkun, BAUN Tibb Fakültəsi Dekanı Prof. Dr. Volkan Yüksel, dekan müavinləri və inzibati heyət iştirak edib.

İmzalanan protokolla iki universitetin Tibb Fakültələrində, Tibb ixtisası üzrə təhsil alan professor-müəllim heyətinin, səhiyyə işçilərinin, tibb fakültəsi tələbələrinin və assistentlərin təhsil fəaliyyəti dəstəklənəcək, tibb və səhiyyə sahəsində birgə tədqiqatlar aparılacaq, Tibb İxtisaslaşması sahəsində kadr hazırlığı üçün əməkdaşlıq həyata keçiriləcək, qarşılıqlı poliklinika və laboratoriya imkanlarından istifadə olunacaq, birgə konqreslər, simpoziumlar və seminarlar keçiriləcək.

50 illik Tibb Fakültəmizin təcrübəsinə güvənirik

"Bu çərçivədə daha əvvəl də Balıkəsir Universitetində olmuşuq. Hamınız bilirsiniz ki, Balıkesir Universiteti Uludağ Universitetindən doğulan universitetlərdən biridir. Ona görə də iki universitetin bir-biri ilə ortaq layihələr hazırlamasından təbii heç nə yoxdur. Tibb fakültəmiz universitetimizlə eyni yaşdadır. Söhbət təxminən 50 illik bilik və təcrübədən gedir. Əslində universitet xəstəxanamız demək olar ki, bütün Cənubi Mərmərə bölgəsindən vətəndaşlarımıza xidmət göstərir. Biz bu bilik və təcrübəni nisbətən gənc universitetlərimizlə bölüşməkdən qürur duyuruq. Universitetimiz Türkiyənin 23 Araşdırma Universitetindən biridir. Üzərimizə götürdüyümüz bu missiyada ən təcrübəli fakültələrimizdən olan Tibb Fakültəmizin səylərini vurğulamalıyıq. Düşünürəm ki, iki universitetin iki fərqlənən fakültəsinin birgə layihələri ilə yaxşı nəticələr ortaya çıxacaq və inanıram ki, əməkdaşlığımızı müxtəlif istiqamətlərdə genişləndirə bilərik. Ümid edirəm ki, imzaladığımız protokol faydalı olacaq",- deyə BUÜ-nün rektoru Prof. Dr. Ferudun Yılmaz qeyd edib.

BAUN-un rektoru Prof. Dr.Yücel Oğurlu imza mərasimindəki çıxışında bildirib ki, universitetimizin tərkibindəki Tibb Fakültəmiz nisbətən gənc Tibb Fakültələrindən biridir. Vəzifəyə gəldikdən sonra fakültəmizdə və xəstəxanamızda bəzi kadr dəyişiklikləri etdik və komandamıza güvənirik. Biz Bursa Uludağ Universitetinin tarixindən və yarandığı gündən bəri ötürülən biliklərindən xəbərdarıq. Şübhə etmirəm ki, biz BUÜ-nin təcrübəsini və BAUN-un gənc heyətini birləşdirəndə böyük işlər ortaya çıxacaq.

Aytac Süleymanova