Ərdoğan Qazaxıstan prezidentinə TOGG hədiyyə edib

Ərdoğan Qazaxıstan prezidentinə TOGG hədiyyə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə Türkiyənin ilk yerli istehsal elektrikli TOGG avtomobilini hədiyyə edib.

TurkicWorld xəbər verir ki, R.T. Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı üçün paytaxt Astanadan Türkiyəyə qayıtmaq üçün Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına gedib.

Məlumata əsasən, Türkiyə prezidenti hava limanında Tokayevə “Oltu qara” rəngli TOGG hədiyyə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana, Qətər əmiri Əl-Sani və BƏƏ prezidenti eyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.

Ləman Əsədli

X: Lamanasadli01