Balıkesir Universitetində Cümhuriyyətin 100-cü ildönümü münasibətilə xüsusi tədbir keçirilib

Balıkesir Universitetində Cümhuriyyətin 100-cü ildönümü münasibətilə xüsusi tədbir keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü tədbirləri çərçivəsində Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Velosipedçilər Birliyinin rəhbərliyi ilə xüsusi tədbir təşkil edilib.

“Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü Çağış Kampusunda Bayraq Yüksəldi” adlı tədbir əsasən universitet tələbələrindən ibarət iştirakçılarla coşqu ilə keçirilib.

Çağış Kampusundan başlayan ftədbirə Cəmiyyət Akademik Məsləhətçisi İbrahim Misirin müşayiəti ilə velosipedçilər Türkiyə bayraqları ilə kampusun hər yerində bayraq yürüşünü həyata keçirib və rektorluğun qarşısında turlarını başa vurublar.
Prorektorlar Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay və Prof. Dr. Fatih Satıl, Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin əməkdaşlarının qarşıladığı tələbələr bayrağı prorektor Prof. Dr. Murat Doğdubaya təqdim etdikdən sonra xatirə şəkli çəkdirib və tədbiri yekunlaşdırıblar.