Son dəqiqə

Türkiyə Fələstin İsrail Yılmaz Tunc BMT Təhlükəsizlik Şurası

BMT TŞ bu günə qədər hələ də susmağa davam edir - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bu günə qədər olduğu kimi hələ də susmağa davam edir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

"Qəzzada soyqırımı yaşanır, İsrail qadın və uşaqların da olduğu dinc əhalini qətlə yetirir. Bütün dünyanın gözü qarşısında hərbi cinayətlər törədilir və beynəlxalq konvensiyalar, xüsusən də Cenevrə Konvensiyası pozulur. Bir milləti, mülki insanları və yaşayış məntəqələrini, o cümlədən uşaqları və qadınları bombardman edirsinizsə, bu, müharibə qanunları çərçivəsində deyil. Ona görə də bu, soyqırımdır. Bu soyqırımın xalqın gözü qarşısında baş verdiyini görmək bizi kədərləndirir. Bütün dünya və beynəlxalq təşkilatların susması təəssüf ki, dünyada baş verən ədalətsizliyi üzə çıxarır. Türkiyənin bölgədə sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirir. Xüsusən də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası bu günə qədər olduğu kimi hələ də susmağa davam edir",- deyə nazir bildirib.

Yılmaz Tunç qeyd edib ki, xüsusilə humanitar yardım məsələsinin, hətta humanitar yardım təklifinin BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilməsi və ABŞ-ın veto hüququna görə bu qərarların qəbul edilə bilməməsi insanlıq üçün utancvericidir.

“Dünya beşdən böyükdür” deyən cənab prezident Rəcəb Tayyib Ərdoğan bu günlər üçün deyirdi o sözləri. Fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik. Biz onların hüquqlarını və qanunlarını müdafiə etməyə davam edəcəyik. Bildirmək lazımdır ki, bu insanlığa qarşı cinayəti, bu soyqırımı törədənlər sonda bəşəriyyət qarşısında cavab verəcəklər. Orada məzlumların qanı, haqqı boşa getməyəcək. İndiyə qədər etdiyimiz kimi, Fələstin dövlətinin qurulması üçün səsimizi ucaltmağa davam edəcəyik”,- deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər