BAUN Hospitalında tikiləcək 124 çarpayılıq əlavə xəstəxana binasının təməli qoyulub

BAUN Hospitalında tikiləcək 124 çarpayılıq əlavə xəstəxana binasının təməli qoyulub

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin (BAUN) Hospitalında tikiləcək 124 çarpayılıq əlavə xəstəxana binasının təməli qoyulub.

Xəstəxananın təməlqoyma proqramı, Balıkesir qubernatoru İsmail Ustaoğlu, Balıkesir millət vəkilləri Belgin Uyğur, Mustafa Canbey, Serkan Sarı, İl Jandarma Komandiri general-mayor Nurettin Alkan, Balıkesir Böyükşəhər Bələdiyyə başçısı Yücel Yılmaz, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Altıeylül İlçe Baş məmuru Turqay Hakan Bilgin, Qaresi Baş məmuru Metin Arslanbaş, Karesi Bələdiyyə Başçısı Dinçer Orkan, Rektor müavinləri Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay, Altıeylül Bələdiyyə sədrinin müavini Feyyaz Çiftçi, İl Sağlamlıq Müdiri Dr. Serkan Keskin, Ticarət Birjasının sədri Mehmet Çətin, senat üzvləri, xəstəxana rəhbərliyi, professor-müəllim heyəti və tibb işçilərinin iştirakı ilə keçirilib.

Açılış proqramında Balıkesir qubernatoru İsmail Ustaoğlu, Balıkesir millət vəkilləri Belgin Uygur, Mustafa Canbey, Serkan Sarı, Balıkesir Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz və Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu çıxış edib.

Çıxışlardan sonra, 124 çarpayılıq əlavə xəstəxana binasının təməli Balıkesir valisi İsmail Ustaoğlu və protokol üzvləri tərəfindən atılıb.

Xeyriyyəçi iş adamı tərəfindən tikiləcək 100 xidməti çarpayı, 24 reanimasiya çarpayısı, altı əməliyyat otağı, pediatriya təcili və hibrid əməliyyat otağından ibarət əlavə xəstəxana binasının, habelə 64 çarpayılıq əlavə korpusun tikintisi başa çatdıqdan sonra Mehmet Çetin və yaxın gələcəkdə tikintisinə başlanacaq universitet xəstəxanasının yataq tutumu artacaq, təxminən 500-ə çatacaq.

Hafiz Rufizoğlu