Balıkesir Universitetinin Turizm fakültəsində buraxılış mərasimi keçirilib

Balıkesir Universitetinin Turizm fakültəsində buraxılış mərasimi keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin Turizm fakültəsində 2019-2020, 2020-2021 və 2022-2023-cü tədris illəri üçün bəzi üzürlü səbəblərə görə keçirilə bilməyən buraxılış mərasimi keçirilib.

BAÜN Atatürk konqres və mədəniyyət mərkəzi, Şəhid Polis Fəthi Sekin konfrans salonunda təşkil edilən mərasimdə Balıkesir Universiteti rektor müavini Prof. Dr. Murat Doğdubay, Turizm fakültəsinin dekanı prof. Dr. Ahmet Köroğlu, senat üzvləri, akademik və inzibati heyət, tələbələr və ailələri iştirak edib.

Bir dəqiqəlik sükutla və İstiqlal Himninin oxunması ilə başlayan mərasimdə, tələbələr adından semestrın ən yüksək göstəricisi olan tələbəsi Banu Yalçın çıxış edib.

Mərasimdə Turizm fakültəsinin dekan müavini prof. Dr. Nuray Tetik Dinç, çıxışı ilə tələbələri məzun olmaları münasibətilə təbrik edib.
Mərasim məzun olan tələbələrə məzun papaqlarının verilməsi və sertifikatlarının təqdim edilməsi ilə başa çatıb.