BAÜN Balıkesir peşə məktəbində 2023-2024-cü tədris ili açılış proqramı keçirilib

BAÜN Balıkesir peşə məktəbində 2023-2024-cü tədris ili açılış proqramı keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti - Balıkesir Peşə Liseyi tərəfindən 2023-2024-cü tədris ili üçün açılış proqramı və açılış mühazirə tədbiri keçirilib.

BAÜN Atatürk konqres və mədəniyyət mərkəzi, Şəhid Polis Fəthi Sekin konfrans salonunda təşkil edilən proqrama Balıkesir peşə məktəbinin müdiri Prof. Dr. Metin Demirtaş, akademiklər və çox sayda tələbə qatılıb.

Balıkesir peşə məktəbi müdiri Prof. Dr. Metin Dəmirtaşın açılış nitqi ilə çıxış etdiyi proqramda, İşbir Elektrik baş direktoru Prof. Dr. İbrahim Kılıçaslan “Sənayeləşmə və ixtisaslı işçi qüvvəsi” mövzusunda açılış mühazirəsi ilə çıxış etdi.

Prof. Dr. İbrahim Kılıçaslan açılış nitqində qeyd edib ki, innovasiyaların, yerliləşdirmənin, texnologiyaların transferinin və yüksək əlavə dəyərli məhsulların istehsalı vacibdir..

Proqram, Balıkəsir peşə məktəbi müdiri Prof. Dr. Mətin Dəmirtaşın, İşbir Elektrik baş direktoru Prof. Dr. İbrahim Kılıçaslana təşəkkürnamə və hədiyyənin təqdim edilməsi ilə başa çatıb.