Balıkesir Universiteti ilə əməkdaşlığı olan Beynəlxalq İpək yolu konqresi sona çatıb

Balıkesir Universiteti ilə əməkdaşlığı olan Beynəlxalq İpək yolu konqresi sona çatıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti ilə əməkdaşlığı olan Beynəlxalq İpək yolu konqresi sona çatıb.

3-6 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərindəki Alfraqanus Universiteti və Balıkəsir Universitetinin ev sahibliyi ilə birgə təşkil edilən İpək yolu və sonrası: Bir məkan, bir yol, miqrasiya, turizm, siyasi iqtisadiyyat konqresi (SIRCON2023) keçirilib.

Özbəkistanın Daşkənd şəhərində keçirilən konqresdə, Türkiyənin Özbəkistandakı səfiri Dr. Olgan Bekar, Alfraqanus Universitetinin rektoru Prof. Dr. Məhəmmədismoil Mahmudov başda olmaqla, Balıkəsir Universiteti adından prorektor Prof. Dr. Cevdet Avcıkurtun başçılığı ilə Turizm fakültəsi rəhbərliyi Prof. Dr. Özlem Köroğlu və tibb fakültəsi tibbi biologiya kafedrasının müdiri Dos. Dr. Ayla Avcıkurt iştirak edib.

Türkiyədən və müxtəlif ölkələrdən bir çox universitet rektorları və akademiklərin, müxtəlif sahələrdən olan kadrların iştirak etdiyi konqresin açılışında “Mədəni irs və turizm” mövzusunda çıxış edən prorektor prof. Dr. Cevdet Avcıkurt, Alfraqanus Universitetinin Turizm fakültəsinin tələbələrinə “Türkiyədə turizm sahəsində təcrübələr və regional inkişaf” mövzusunda mühazirə oxuyub.

Həmçinin konqresdə, Balıkesir Universiteti Turizm fakültəsi rəhbərliyi Prof. Dr. Özlem Köroğlu “Antik Dövrdə Köç: Aeneanın səyahəti və Aeneas mədəniyyət yoluna uzanan hekayəsi” adlı məruzəsini təqdim edərkən, turizm fakültəsinin tələbələrinə turizm bələdçiliyi mövzusunda da mühazirə oxuyub.

Konqresdə tibb fakültəsi müəllimi Dos. Dr. Ayla Avcıkurt “Türkiyədə ənənəvi və tamamlayıcı tibb təcrübələri” mövzusunda təqdimatla çıxış edib, eyni zamanda Alfraqanus Universiteti Tibb Fakültəsi tələbələrinə “Mitoxondri DNT və Mutasiyalar” mövzusunda mühazirə oxuyub.

Özbəkistana səfəri zamanı Alfraqanus Universitetinin rektoru Prof. Dr. Məhəmmədismoil Mahmudov və həmkarları ilə görüşən prorektor prof. Dr. Cevdet Avcıkurt, Balıkəsir Universiteti ilə Alfraqanus Universiteti arasında turizm və tibb başda olmaqla bir çox sahədə əməkdaşlıq prosesinin başladığını ifadə edərək, Balıkəsir Universiteti olaraq, milli və beynəlxalq elmi tədbirlərdə iştirak etməyə davam edəcəklərini ifadə edib.