Son dəqiqə

Türkiyə İsrail Sedat Önal BMT Təhlükəsizlik Şurası Qəzza

BMT TŞ-da təcili qlobal islahatlar keçirilməlidir - Sedat Önal

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında təcili qlobal islahatlar keçirilməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal deyib.

"Dünyada bir çox böhranların yaşandığı dövrdə beynəlxalq ictimaiyyət təcili olaraq rasional və ardıcıl şəkildə hərəkətə keçməli, gərginliyi azaltmaq və qalıcı həll yollarına nail olmaq üçün dialoq və diplomatiyaya üstünlük verilməlidir. Əsas səbəbləri aradan qaldırmadan heç bir böhrana davamlı həll tapmaq mümkün deyil", - deyə o əlavə edib.

Önal onu da vurğulayıb ki, Türkiyə geostrateji mövqedə çoxtərəfliliyin mühüm təməl daşları olan regional mülkiyyətin və fəal diplomatiyanın tərəfdarıdır.

"Bu çərçivədə Türkiyə münaqişələrin sülh yolu ilə həlli üçün bir çox vasitəçilik təşəbbüsləri ilə çıxış edir, bunların arasında Rusiya və İranla birgə qurulan Astana Platforması və Cənubi Qafqazda Üçtərəfli Platformanı göstərmək olar. Türkiyə hazırda İsrail-Fələstin münaqişəsində İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq qeyd-şərtsiz atəşkəs, Qəzzaya davamlı humanitar yardım göndərilməsi və sülh prosesini canlandırmaq üçün səylər göstərir", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda 1661-i uşaq olmaqla, 4 min 137 nəfər həyatını itirib, 13 min 260 nəfər yaralanıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər