Balıkesir Universitetində "Renessans Orkestri" tərəfindən konsert proqramı təşkil olunub

Balıkesir Universitetində "Renessans Orkestri" tərəfindən konsert proqramı təşkil olunub

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetində (BAÜN) rektorluq, Gözəl Sənətlər fakültəsi və sağlamlıq, Mədəniyyət və idman departementi nəzdində fəaliyyət göstərən Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə Rusiyanın “Renessans Orkestra” musiqi qrupunun iştirakı ilə konsert proqramı təşkil olunub.

Musiqi Cəmiyyəti Akademik müşaviri Dos. Dr. H. Hakan Okayın əsərləri və sənətçiləri haqqında təqdimatı ilə müşayiət olunan konsertə, Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu ilə yanaşı, prorektor Prof. Dr. Fatih Satıl, senat üzvləri, akademik və inzibati heyət, tələbələr və sənətsevərlər qatıldıb. Rus klassik əsərləri ilə yanaşı türk musiqi əsərlərinin də ifa olunduğu konsert böyük heyranlıqla izlənilib.

Konsertin sonunda BAÜN rektoru Prof. Dr. Yücel Oğurlu, sənətçilərə və tamaşaçılara təşəkkür edərək, Balıkəsir Universiteti olaraq beynəlxalq, elmi, mədəniyyət və incəsənət tədbirləri təşkil etməyə davam edəcəklərini bildirib.

Konsert sonunda BAÜN rektoru sənətçilərə hədiyyələr verərək, təşəkkür edib.