Bakı. TurkicWorld:
Bütün dünyanı İsrail-Fələstin münaqişəsinin həllinə töhfə verməyə dəvət edirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Qəzzada yaşayan insanların su, elektrik, yanacaq, qida və dərman kimi ən əsas insan ehtiyaclarından məhrum edilməsi beynəlxalq hüquq, o cümlədən əsas hüquq və azadlıqların açıq şəkildə pozulmasıdır. Hətta xəstəxanalar və məscidlər də bombalanır. Fələstinlilər üçün sülhü müdafiə etmək insanlıq borcudur. Biz bütün dünyanı, xüsusilə BMT-ni və bütün beynəlxalq ictimaiyyəti bu vəhşiliyə son qoymaq üçün həllə töhfə verməyə dəvət edirik",- deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.
Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.
Aytac Süleymanova
Twitter: a_alieva_