Son dəqiqə

Türkiyə Fələstin İsrail Hakan Fidan Türkiyə XİN

Türkiyə İsrail-Fələstin münaqişəsində qarant ölkələrin olacağı sistem təklif edib

Bakı. TurkicWorld:

Türkiyə İsrail-Fələstin münaqişəsində qarant ölkələrin olacağı sistem təklif edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada jurnalistlərə açıqlamasında bildirib.

"Mülki şəxslərin hədəf alınması qəbuledilməzdir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hər platformada vurğulayıb. İsrail indiyə qədər iki dövlətli həll prosesini dayandırıb", - deyə o qeyd edib.

H.Fidan onu da bildirib ki, beynəlxalq ictimaiyyət İsraili iki dövlətli həll yoluna məcbur edən münasibət sərgiləməlidir.

"Fələstinə qarant olacaq ölkələrə Türkiyə də daxildir. Digər ölkələr də İsrailə qarant olmalıdır. Hər iki tərəfin razılığı əldə edildikdən sonra zamin ölkələr tələbləri yerinə yetirmək üçün məsuliyyət daşımalıdırlar. Yalnız bu yolla daimi sülh bərqərar edilə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirak üzrə İclasında iştirak edəcək. İclasda İsrailin Qəzzada bütün Fələstin xalqını hədəf almasına qarşı İƏT tərəfindən atılacaq konkret addımlar müzakirə ediləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər