Son dəqiqə

İran Hüseyn Əmir Abdullahian İbrahim Rəisi

Helikopterin içərisindəkilər qəzanın ilk anında həlak olublar - Qırmızı Aypara Cəmiyyəti

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisini aparan helikopterin içərisindəkilər qəzanın ilk anında həlak olublar.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir.

Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış əməliyyatları dayandırılıb.

Mövzuya görə xəbərlər