Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, ölkəmiz İsrail-Fələstin münaqişəsinin sonlandırılması üçün səylərini davam etdirir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
Məlumata əsasən, nazir Yumaklı onu da bildirib ki, İsrail-Fələstin münaqişəsi səbəbiylə son 10 gündə Qəzzada yaranmış vəziyyətlərə görə bölgədəki insanlar nəinki qida əldə edə bilmir, hətta onların yaşamaq hüququ da əlindən alınır.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Ləman Əsədli
Twitter: Lamanasadli01