Rusiya ilə enerji sahəsində əməkdaşlıqlar davam etdiriləcək - Alparslan Bayraktar

Rusiya ilə enerji sahəsində əməkdaşlıqlar davam etdiriləcək - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Rusiya ilə enerji sahəsində əməkdaşlıqlar davam etdiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

"Qazprom”la görüşlərimizdə qərara gəldik ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı yol xəritəsini qarşılıqlı razılaşdıraq, daha sonra isə qarşıdakı dövrdə təbii qaz mərkəzinin reallaşdırılması istiqamətində birgə iş aparaq", - deyə o əlavə edib.

Nazir Bayraktar onu da vurğulayıb ki, Türkiyənin məqsədi həm təbii qaz, həm elektrik enerjisi, həm də faydalı qazıntıları özündə birləşdirən İstanbul Maliyyə Mərkəzi və daha böyük bir ticarət mərkəzi yaratmaqdır.

Qeyd edək ki, 11 oktyabr tarixində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Moskvada "Aşağı Karbon Emissiyalı Enerji” sessiyasında iştirak edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01