Bakı. TurkicWorld:
Türkiyə Silahlı Qüvvələri "NATO Tiger Meet" təlimində iştirak edəcək.
TurkicWorld-un məlumatına görə, NATO-nun üzv ölkələrin donanması ilə pələng simvolu ilə planlaşdırdığı "NATO Tiger Meet" təlimi İtaliyada davam edir. Təlimdə Türkiyə Hərbi Hava Qüvvələri 49 şəxsi heyət və 3 ədəd F-16 təyyarəsi ilə iştirak edir.
Bu təlim çoxmillətli bir mühitdə missiyaları yerinə yetirmək və üzv donanmalar arasında ittifaqı gücləndirmək məqsədi daşıyır. Oktyabrın 2-də başlayan təlimdə Türkiyə, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Polşa, Portuqaliya və Yunanıstan hava qüvvələri iştirak edir. Təlimlərin planlaşdırılmasında gündə iki blokda ümumilikdə 18 növbə həyata keçirilir.
Türkiyənin Hava qüvvələri olaraq heç bir əməliyyat məhdudiyyəti olmayan polad qanadlı Pələng donanma, Egey dənizindən Qara dənizə və Aralıq dənizinə qədər bütün milli və beynəlxalq hava məkanında aktiv rol oynayır. Bu donanma Türkiyənin beynəlxalq arenada tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirir. 1980-ci ildən bu yana sözügedən donanma, "NATO Tiger Meet" proqramına daxil edilib və Türkiyəni qürurla təmsil edir.
Qeyd edək ki, Türkiyənin 2005 və 2015-ci illərdə ev sahibliyi etdiyi NATO Tiger Meet təlimi oktyabrın 13-də başa çatacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_







