Hakan Fidan Türkmənistana rəsmi səfər edəcək

Hakan Fidan Türkmənistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkmənistan XİN rəhbəri Rəşid Meredovun dəvəti ilə 10-11 oktyabr 2023-cü il tarixlərində Türkmənistana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində cari regional və beynəlxalq hadisələr, eləcə də Türkmənistanla ikitərəfli əlaqələr müzakirə olunacaq.

Ləman Əsədli
Twitter: Lamanasadli01