Bakı. TurkicWorld:
Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələri arasında Pile-Yiğitler yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici işlər nazirliyi açıqlama yayıb.
"Yolun tikintisi ilə bağlı razılaşma KKTC tərəfinin hər zaman nümayiş etdirdiyi konstruktiv münasibətin yeni nümunəsini təşkil edir. KKTC-nin bu yanaşması, həm də Türkiyə tərəfinin iki dövlətin adada əməkdaşlığı haqqında yeganə realist həll modelinin uğuruna verdiyi töhfənin göstəricisidir. Razılaşma çərçivəsində, Pile bölgəsində və həmçinin bütün bufer zonasında dizayn edilə və ya həyata keçirilə bilən layihələr Kipr Türklərinin təsdiqinə tabe olmalıdır. Türkiyə KKTC ilə yaxın koordinasiya içində bu məsələni təqib etməyə davam edəcək",- deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Pile-Yiğitler Yolu Layihəsi, KKTC-dən BMT-nin (BMT) nəzarətində olan Yaşıl Xətt üzərindən Kipr Türklərinin yaşadığı Pile kəndinə asan girişi təmin etmək üçün humanitar səbəblərlə KKTC tərəfindən hazırlanıb.







