Son dəqiqə

Türkiyə zəlzələ Mehmet Özhaseki

Türkiyədə baş verən zəlzələlərin maddi zərəri açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyədə 6 fevral tarixində baş verən dağıdıcı zəlzələlər nəticəsində 100 milyard dollardan çox ziyanla qarşı-qarşıyayıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki açıqlama verib.

"Türkiyədə bundan sonra inşa ediləcək kənd evlərini polad karkaslar üzərində tikməyi planlaşdırırıq. Birinci mərhələdə bu evləri zəlzələdən zərər çəkmiş dörd şəhərdə tikib vətəndaşlarımıza göstərmək istəyirik", -deyə o əlavə edib.

Türkiyəli nazir onu da bildirib ki, indiyə qədər keçirilən 200 min tenderdən 500 mini kənd evi, 40 mini mənzil olmaqla, noyabr və dekabr aylarında vətəndaşlara təhvil veriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər