Balıkesir Universiteti ilə Milli Müdafiə Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Balıkesir Universiteti ilə Milli Müdafiə Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti ilə Milli Müdafiə Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Balıkesir Universiteti (BAÜN) ilə Milli Müdafiə Universiteti (MSÜ) arasında təlim və əməkdaşlıq protokolu imzalanıb. Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu və Milli Müdafiə Universitetinin rektoru Prof. Dr. Erhan Afyoncunun imzaladığı protokolla MSÜ-yə bağlı Balıkəsirdəki Astsubay Peşə Məktəbi ilə Balıkesir Universiteti arasında həyata keçiriləcək təhsil və təlim fəaliyyətlərində əməkdaşlıq edilməsinə qərar verilib.

Milli Müdafiə Universitetində keçirilən imzalanma mərasimində, BAUN rektoru Prof. Dr. Yücel Oğurlu və MSÜ rektoru Prof. Dr. Erhan Afyoncu imzalanan protokolun qurumlar üçün faydalı olmasını arzulayıb.

Həmçinin protokolla, akademik araşdırmalar, ortaq mədəniyyət, incəsənət və idman fəaliyyətləri, atelye və laboratoriya imkanlarının birgə istifadəsi, TÜBİTAK, BAP və Ar-Ge layihələri başlıqları altında ortaq işlərin aparılması planlaşdırılır.