RE-You layihəsinin məzunları karyera sərgisində bərpa olunan enerji sektoru nümayəndələri ilə görüşüb

RE-You layihəsinin məzunları karyera sərgisində bərpa olunan enerji sektoru nümayəndələri ilə görüşüb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin (BAUN) Çanaqqala Onsekiz Mart Universiteti ortaqlığı ilə Mərmərə İnkişaf Agentliyinin (GMKA) birgə hazırladığı “Renewable Youth Energy/RE-YOU (Yenilənə bilən Gənclik Enerjisi) layihəsi çərçivəsində Bərpa Olunan Enerji Karyera Sərgisi təşkil edilib.

Layihə çərçivəsində Balıkesir Avlu Konqres və Mədəniyyət Mərkəzində külək, günəş və bioqaz enerji sistemləri sahəsində 280 saat nəzəri və praktiki təhsili uğurla başa vuran məzunlar üçün sertifikat mərasimi də təşkil edilib.

Sertifikatların təqdim edildiyi mərasimə Balıkesir valisi İsmail Ustaoğlu, Balıkesir Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Cənubi Mərmərə İnkişaf Agentliyi Baş katibi Onur Adıyaman, sektor nümayəndələri və layihə çərçivəsində təhsil alan təcrübəçilər qatılıb.

Tədbirin açılış nitqində Cənubi Mərmərə İnkişaf Agentliyinin baş katibi Onur Adıyaman, Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Balıkesir Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz və Balıkəsir valisi İsmayıl Ustaoğlu layihənin sektor və təcrübəçilər üçün faydalı olmasını arzuladıqlarını bildiriblər.

Açılış nitqlərindən sonra protokol üzvləri tərəfindən məzunlara sertifikatlar təqdim olunub. Tədbir protokol üzvlərinin və kursantların kollektiv şəkil çəkdirməsindən sonra karyera sərgisinin açılışı ilə başa çatıb.