BAUN, universitet-şəhər inteqrasiyası ilə yeni akademik tədris ilinə hazırdır

BAUN, universitet-şəhər inteqrasiyası ilə yeni akademik tədris ilinə hazırdır

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti, 14 fakültəsi, 4 institutu, 2 kollec və 12 peşə məktəbi, eyni zamanda, Türkiyənin hər yerindən 30 mindən çox tələbəsi və universitet-şəhər inteqrasiyası ilə yeni akademik tədris ilinə hazırdır.

Oktyabrın 2-də başlayacaq yeni tədris ili əvvəli Balıkəsir Universitetində, Balıkesir millət vəkilləri İsmayıl Ok və Dr. Mustafa Canbey, Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlunun, aidiyyatı qurumların rəhbərləri və şöbə müdirlərinin iştirakı ilə tədris ilinə hazırlıq məşvərət toplantısı keçirilib.

Rektorluğun senat zalında keçirilən iclasda universitetdə yeni tədris ili başlamazdan əvvəl görülən hazırlıq işləri, Böyükşəhər Bələdiyyəsi və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə və kampus ərazisində görülən işlərə nəzər salınıb.

Məşvərət toplantısında universitet-şəhər inteqrasiyasına verdikləri əhəmiyyəti vurğulayan Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, universitetin inkişafında Böyükşəhər Bələdiyyəsinin dəstəyinin çox dəyərli olduğunu bildirib.

"30 mindən çox tələbə və işçi heyətinə ev sahibliyi edən şəhərimizin dəyərini daha da artırmaq üçün milli və beynəlxalq səviyyədə akademik araşdırmalar və tədbirlər həyata keçirməyə davam edəcəyik",- deyə Prof. Dr. Yücel Oğurlu qeyd edib.

Millət vəkili İsmayıl Ok, Dr. Musatafa Canbey və Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz universitetdə aparılan işlər və tələbələrin tələbləri ilə yaxından maraqlandıqlarını və universitetin inkişaf prosesinə dəstək verməyə davam edəcəklərini bildirərək, yeni tədris ilinin uğurlu olmasını arzulayıblar.

Görüşdən sonra kampus sahəsində, Gənclər və İdman Nazirliyinin tabeliyindəki yataqxanalara, Nəbatat bağına və Balıkəsir Universiteti Xəstəxanasının əlavə korpusunun tikintisinə də baxış keçirilib.