Bakı. TurkicWorld:
Qarabağın Cəbrayıl rayonundakı ting istehsalat müəssisəmiz və meşəçilik tədris mərkəzimiz 2024-cü ilin oktyabrında fəaliyyətə başlayacaq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
"Türkiyədə baş verən yanğınlar və zəlzələlər zamanı göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik. İki ölkə arasında çox sıx qarşılıqlı ərzaq məhsulları ticarəti var, biz bu əməkdaşlığı daha da gücləndirəcəyik. Bütün məsələlərdə olduğu kimi kənd təsərrüfatı ilə bağlı məsələlərdə də qardaş Azərbaycanla əməkdaşlıq və intensiv təmasda işləməyə davam edəcəyik",- deyə İbrahim Yumaklı bildirib.
Qeyd edək ki, Qarabağın Cəbrayıl rayonundakı ting istehsalat müəssisəsi və meşəçilik tədris mərkəzinin təməli 20 oktyabr 2022-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən tərəfindən qoyulub.