Bakı. TurkicWorld:
TEKNOFEST-i təşkil edən T3 Fondu 2-6 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində öz stendi ilə iştirak edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar bildirib.
"TEKNOFEST-də layihə hazırlayan 500 yarışmaçı ilə Bakıda olacağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi hər il 6 mindən çox iştirakçıya ev sahibliyi edir. Bütün kosmik sektorları və mövzuları əhatə edən bu proqram hər kəsə ən son kosmik biliklər, şəbəkə imkanları və potensial tərəfdaşlıq təklif edir.
Ləman Əsədli
Twitter: Lamanasadli01