Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Türk Dövlətləri Təşkilatı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziriyi İbrahim Yumaklı

Azərbaycanla Ermənistan arasında danışıqlar regionda daimi sabitliyin bərqərar olmasının yeganə yoludur - İbrahim Yumaklı

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi regionda sülhün və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Aqro Biznes Forumunun açılışında çıxışı zamanı bildirib.

O, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri barədə bildirib ki, qısa zamanda yekunlaşan tədbirlərdən sonra Azərbaycanın haqlı tələbləri qəbul edilib.

"Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin kənd təsərrüfatı məhsullarının ixracının həcmi hazırda 3,8 milyard dollardır. Lakin bu göstərici kifayət deyil. TDT ölkələrinin kənd təsərrüfatı ixracatını artırmaq bizim əsas vəzifəmiz olmalıdır”, - deyə İ.Yumaklı vurğulayıb.

Türkiyəli nazir onu da qeyd edib ki, regional əməkdaşlığın inkişafı, ticarət, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi kimi bir çox sahələrdə sabitliyin təmin edilməsi üçün TDT mühüm platformadır.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər