Son dəqiqə

Nyu-York UN-Habitat Mehmet Özhaseki

BMT HABITAT İstanbulda ofis açacaq

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-HABITAT) Türkiyədə ofis açacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Nyu-Yorkda "Ümumdünya Sıfır Tullantı Proqramı"nın mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir Özhaseki onu da bildirib ki, İstanbulda açılması planlaşdırılan BMT HABITAT Ofisi Sıfır Tullantı Məsləhət Şurasının işinə dəstək verəcək.

Məlumata əsasən, M.Özhaseki zəlzələ nəticəsində evlərini itirən vətəndaşlara qısa zamanda evlərin təqdim ediləcəyini də qeyd edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər