Son dəqiqə

Türkiyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Qaziantep

Zəlzələ zamanı zərər görən Qaziantep qalası bərpa edilir

Bakı. TurkicWorld:

Kahramanmaraşda baş verən zəlzələlərdə zərər görən Qaziantep qalası Türkiyənin mədəniyyət və turizm nazirliyi tərəfindən bərpa edilir.

TurkicWorld-un məlumatına görə, bu barədə Qaziantep muzeyinin direktoru Özgür Çomak məlumat verib.

Özgür Çomak qeyd edib ki, 2023-cü ilin fevralın 6-da Türkiyədə baş verən zəlzələlər nəticəsində şəhərin simvollarından biri olan Qaziantep qalasının daxili hissələri zədələnib.

"Bütün divar daşlarını toplamağa başladıq. Qalanın bərpası üçün sürətlə çalışacağıq. Qalanın yuxarı hissəsindəki divarları əsaslı təmir edərək, qalanı əvvəlki vəziyyətinə qaytaracağıq",- deyə o bildirib.

Qeyd edək ki, Qaziantep qalası YUNESKO-nun Yaradıcı Şəhərlər siyahısına daxil edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər