Bakı. TurkicWorld:
BMT Sülhməramlı Qüvvələrinin əsgərlərinin Şimali Kipr Türk Respublikası ərazisinə etdiyi müdaxilə qəbuledilməzdir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz rəsmi sosial media hesabında bildirib.
"Beynəlxalq qurumların birtərəfli və ədalətsiz yanaşmalarını Şimali Kipr Türk Respublikasının və onun türk xalqının hüquqlarını heçə saymaq kimi dəyərləndiririk", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən günlərdə BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.
KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







