Son dəqiqə

Bolqarıstan Türkiyə xarici işlər nazirliyi Şimali Kipr Türk Respublikası Hakan Fidan Pile-Yiğitler yolu

BMT Pile-Yiğitler yolu hadisələri ilə bağlı neytrallığını itirib - Hakan Fidan

Bakı. TurkicWorld:

BMT Pile-Yiğitler yolu hadisələri ilə bağlı neytrallığını itirib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə görüşü zamanı mətbuat konfransında deyib.

"Biz Şimali Kipr Türk Respublikasını hər sahədə sonuna qədər dəstəkləyirik. Kipr türklərinin haqlı mübarizəsini dünyaya tanıtmaq üçün çox çalışırıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən günlərdə BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.

KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər