Bakı. TurkicWorld:
Türkiyə ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdirmək bizim üçün vacibdir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanda görüşü ilə bağlı açıqlama verərkən deyib.
Serbiya prezidenti Türkiyə ilə əməkdaşlığı gücləndirmək istədikləri qeyd edib və Ankaranın bölgədəki roluna diqqət çəkib.
"Türkiyə ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdirmək bizim üçün vacibdir. Bu görüş qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı olan Serbiya-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində növbəti addım idi", - deyə Serbiya prezidenti bildirib.
Aleksandr Vuçiç qeyd edib ki, Türkiyə prezidenti ilə bölgədə sülhün və sabitliyin qorunması məsələsini də müzakirə ediblər. Eyni zamanda o, Türkiyənin konstruktiv əlaqəsi ilə regionun ən nüfuzlu beynəlxalq aktorlarından biri olduğunu bildirib.
Qeyd edək ki, 20 avqust tarixində Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı - Müqəddəs Stefan Günündə iştirak etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







