Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Serbiya Aleksandr Vuçiç

Rəcəb Tayyib Ərdoğan Serbiya prezidenti Vuçiç ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiç və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Görüşdə Türkiyə-Serbiya münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan qeyd edib ki, Türkiyə-Serbiya əlaqələri tarixin ən yüksək nöqtəsinə çatıb.

Ərdoğanı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Gənclər və İdman Naziri Osman Aşkın Bak, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ticarət Naziri Ömər Bolat, Rabitə direktoru Fahrettin Altun, Baş nazir Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Zəfər Çubukçu da müşayiət edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı - Müqəddəs Stefan Günü qeyd etmələrində iştirak etmək üçün Orbanın dəvəti ilə Budapeştə bir günlük səfərə gəlib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər