Son dəqiqə

Türkiyə EJDER KUNTER

Türkiyənin EJDER KUNTER Xüsusi Məqsədli Platforması IDEF 2023-də nümayiş etdiriləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin "Nurol Makina" şirkəti tərəfindən orijinal olaraq dizayn edilən EJDER KUNTER 4X4 Xüsusi Məqsədli Platforması 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, sərgidə Xüsusi Məqsədli Platformanın “məhkum daşıyıcısı”, “personal daşıyıcısı”, “komanda nəzarəti” və “təcili yardım” kimi dörd müxtəlif konfiqurasiyadan olan bölmələrini görmək mümkün olacaq.

Qeyd edək ki, "Nurol Makina" tərəfindən hazırlanan EJDER KUNTER müstəqil asma sisteminə malikdir. Platforma hər cür iqlim və ərazi şəraitinə uyğunlaşa bilir. Beləliklə, şəhər yerlərində olduğu kimi kənd yerlərində də istifadə edilə bilər.

Bundan əlavə, EJDER KUNTER yüksək ballistik mühafizə kabinəsi ilə 14-ə qədər personala təhlükəsiz işləməyə imkan verir.

Hidravlik güc dəstəkli sükanı olan avtomobil -32 ilə +55 dərəcə arasında olan temperaturda işləyə bilir. Tənzimlənən erqonomik sürücü və operator oturacağı istifadə rahatlığını artırır.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər