Son dəqiqə

Vladimir Putin Dmitri Peskov taxıl dəhlizi

Qara dəniz taxıl dəhlizinin fəaliyyəti dayandırılıb - Peskov

Bakı. TurkicWorld:

Qara dəniz taxıl dəhlizinin fəaliyyəti dayandırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər