Son dəqiqə

İran ABŞ Rusiya Vladimir Putin Dmitri Peskov Kreml Qlobal İqtisadiyyat

ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiya ABŞ ilə İran arasında davam edən hərbi gərginliyin dünya iqtisadiyyatı üçün ciddi mənfi nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva mövcud vəziyyətlə əlaqədar İran rəsmiləri ilə təmaslarını davam etdirir.

Peskovun sözlərinə görə, davam edən gərginlik qlobal iqtisadiyyat üçün mənfi nəticələr vəd edir və bu vəziyyət ciddi narahatlıq doğurur.

O, mövcud iqtisadi vəziyyəti "kifayət qədər ağır" kimi qiymətləndirib.

Kremlin sözçüsü İran rəsmiləri ilə aparılan təmasların məzmunu barədə ətraflı məlumat verməyib.

Bununla yanaşı, Peskov qeyd edib ki, İran tərəfi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının keçirilməsi barədə müraciət etməyib.

Rusiya bir daha ABŞ və İranı gərginliyi artıracaq addımlardan çəkinməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırıb.

Moskva tərəfləri münaqişənin diplomatik yollarla həllinə üstünlük verməyə çağırdığını vurğulayıb.

Mövzuya görə xəbərlər