TUSAŞ HÜRKUŞ hücum təyyarəsini ikinci ölkəyə ixrac edib

TUSAŞ HÜRKUŞ hücum təyyarəsini ikinci ölkəyə ixrac edib

Bakı. TurkicWorld:

TUSAŞ HÜRKUŞ hücum təyyarəsini ikinci ölkəyə ixrac edib.

TurkicWorld-un məlumatına görə, Türk Hava və Kosmos Sənayesi A.Ş.(TUSAŞ) Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi və 2 ANKA SİHA təhvil verib.

"Təslimatlarımızı sürətlə davam etdiririk. Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ və 2 ANKA təslim etdik. Çad HÜRKUŞ ixrac edilən ikinci ölkə oldu",- deyə TUSAŞ-ın məlumatında bildirilib.

Qeyd edək ki, Türkiyənin HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi ilk dəfə Nigerə ixrac edilib.