Son dəqiqə

Türkiyə Muğla

Muğladakı meşə yanğınının söndürülməsinə 14 helikopter cəlb edilib

Bakı. TurkicWorld:

Muğladakı meşə yanğınının söndürülməsinə 14 helikopter cəlb edilib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib.

Meşə yanğınının söndürülməsi işlərinə havadan 8 təyyarə və 14 helikopter, 74 arazöz və su tankeri, 12 tikinti texnikası və 615 yanğınsöndürən tərəfindən müdaxilə edilib. Meşə yanğınının söndürülməsi işləri davam edir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Mövzuya görə xəbərlər