Türkiyənin Baykar şirkəti zəlzələ bölgəsi ilə bağlı paylaşım edib

Türkiyənin Baykar şirkəti zəlzələ bölgəsi ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti zəlzələ bölgəsi ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir: " Zəlzələ bölgəsində başladığımız 1000 daimi yaşayış evi layihəsi davam edir. İlk gündən Millətimizin yanındayıq."

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.