Bakı, TurkicWorld:
Türkiyə və Argentina milliləri arasında zəlzələ qurbanları üçün Qaziantep vilayətində xeyriyyə oyununun keçiriləcəyi gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə tərəflər arasında danışıqlara başlanılıb və razılıq əldə olunarsa Argentinalı məşhur futbolçu Türkiyəyə gələcək.
Məlumata əsasən, oyunun keçiriləcəyi vaxt dəqiq deyil və ilk danışıqlar müsbət keçib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Ləman Əsədli
Lamanasadli01