BAKI,TurkicWorld
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Qırğızıstana səfər edəcək.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,TBMM Sədrliyindən verilən məlumata görə, Qırğızıstan Parlamentinin ev sahibliyi ilə paytaxt Bişkekdə təşkil olunacaq TÜRKPA-nın 15-ci Baş Assambleyası 20 oktyabr çərşənbə axşamı günü "Irıs Ordo" Konqres Mərkəzində rəsmi ailə fotosunun çəkdirilməsi ilə işinə başlayacaq.
Kurtulmuş Baş Assambleyada çıxış edəcək, ardınca Qırğızıstan, Azərbaycan və Qazaxıstan parlament sədrləri, eləcə də TÜRKPA-nın Baş katibinin iştirakı ilə keçiriləcək birgə mətbuat konfransında iştirakı gözlənilir.
Baş Assambleya çərçivəsində təşkil ediləcək TÜRKPA Assambleya Şurasının iclasında da iştirak edəcək Kurtulmuş quruma üzv ölkələrin parlament rəhbərləri ilə birlikdə Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qəbul olunacaq.
TBMM sədri Kurtulmuş səfər çərçivəsində ikitərəfli görüşlər də həyata keçirəcək.







