Bakı, Dekabr 22. /TurkicWorld/
Türkiyənin İstanbul şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Azərbaycanın tanınmış caz pianoçusu İsfar Sarabski və onun orkestri tərəfindən ənənəvi Azərbaycan musiqisi və caz konserti keçirilib.
TurkicWorld-un məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Dimitrius Rallis və Sarıyer Bələdiyyə Başçısı Şükrü Gənc iştirak ediblər.
"Biz bu günü bayram kimi qeyd edirik. Hər bir insanın milli kimliyi onun qürur mənbəyidir. Həmişə olduğu kimi, bu gün də Türk xalqının Azərbaycan millətinə olan dəstəyi və dəyəri əvəzsizdir. Biz bunun belə qalması üçün əlimizdən gələni edəcəyik.” – deyə Nərminə Mustafayeva bildirib.







