Son dəqiqə

Özbəkistan Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu Türk Mədəniyyəti

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

BAKI,TurkicWorld

7 iyul 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsili naziri Ezozxon Kərimova ilə görüşü keçirilib.

Görüş zamanı Türk Dünyası ölkələri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, gənc nəslin ortaq türk mədəni irsi, tarixi və mənəvi dəyərləri haqqında biliklərinin artırılması, eləcə də bu istiqamətdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər ortaq mədəni irsin təhsil vasitəsilə gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər