Bakı, TurkicWorld
Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin Rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçirilə bilər.
TurkicWorld xəbər verir ki, bunu TDT baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü İllik Toplanatısında bildirib.
"Gündəmdə olan başqa bir məsələ - bizim növbəti toplantı ilə bağlıdır. Adətən o əlifba sırası ilə keçirilir. Bu il o Qazaxıstanda keçirilməli olsa da, azərbaycanlı həmkarlarımız onun Bakıda keçirilməsini xahiş etmişdilər.
Ümidvarıq ki, 2026-cı ildə toplantı Qazaxıstanda kçiriləcək və daha sonra biz bunu qazaxıstanlı dostlarımızın dilindən də eşidəcəyik" ,- deyə o bildirib.
Ömüralıyev eyni zamanda, gələn il 77-ci Beynəlxalq Astrononik Konqresin oktyabr ayında Antalyada təşkil olunacağını diqqətə çatdırıb.