Son dəqiqə

Türkiyə Özbəkistan Şavkat Mirziyoyev

Mirziyoyev Türkiyə Aerokosmik Sənayesinə səfər edib

Bakı,TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ankara şəhərinə rəsmi səfəri çərçivəsində iyunun 6-da “Türk Aerokosmik Sənayesi” ASC-nin fəaliyyəti ilə tanış olub.

TurkicWorld xəbər verir ki, Mirziyoyev istehsal olunan məhsulların nümunələri, istehsal prosesi, şirkətin xarici ölkələrlə elmi əməkdaşlığının nəticələri ilə tanış olub.

Səfər zamanı Özbəkistan Prezidenti Türkiyənin geniş çeşiddə silah və hərbi texnikanın hazırlanması və istehsalı üzrə ixtisaslaşmış bir sıra digər müdafiə sənayesi müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

Mövzuya görə xəbərlər